"Bakı" futbol klubunun gənc və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) fəxri diplomu ilə təltif olundu. Qol.Az-ın məlumatına görə, klub bazasının ziyarət edən AİJA prezidenti Eldar İsmayılov "İlin idman jurnalı" diplomunu "Toplu Bakı" dərgisinin baş redaktoru, tarix elmləri ü.f. doktoru Nail Əliyevə təqdim etdi.
Jurnalist təşkilatının rəhbəri "Toplu Bakı" jurnalının ölkə məkanında bir yenilik olduğunu, tərtibat və məzmun baxımından fərqləndiyini bildirərək, seçimin təsadüfi olmadığını söylədi:
"İlin uşaq jurnalının seçimi zamanı "Bakı" futbol klubunun nəşr etdirdiyi "Toplu Bakı" dərgisinin fəaliyyəti və yenilikçiliyi həlledici rol oynadı. Bu jurnal gənc nəslin formalaşmasında, vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna rol oynayır. "Toplu Bakı" jurnalına gələcək fəaliyyətində uğurlar arulayırıq. İnanırıq ki, cəmi 1 yaşı olmasına baxmayaraq böyük oxucu auditoriyası qazanan dərgi daha da inkişaf edəcək, uşaq və gənclərimizin düzgün istiqamətləndirilməsi sahəsindəki rolunu sonadək davam etdirəcək".
Jurnalın baş redaktoru Nail Əliyev verilən yüksək qiymət səbəbi ilə AİJA prezidentinə təşəkkürünü bildirdi:
"Jurnalımızın belə bir diploma layiq görülməsi bizim üçün xoş bir sürpriz oldu. "Toplu Bakı" ölkəmizdə və MDB məkanında bir ilk olmaqla bərabər, digər dərgilərdən fərqlənən jurnaldır. "Toplu Bakı" idman hərəkatına dəstək verməklə yanaşı, ideoloji baxımdan dövlətçilik, idman siyasətinin təbliği, gənc nəslin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirəcək. Əsas məqsədimiz sağlam, savadlı, vətənpərvər nəsil yetişdirməkdir.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı