Neftçi" Antalyadakı hazırlıq prosesinin ilk mərhələsini başa vurdu

XƏBƏR 21 Yanvar 2011 / 15:23 1634
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq prosesi keçən "Neftçi" hazırlığın ilk mərhələsini başa vuraraq, Bakıya qayıdıb. Qol.Az-ın məlumatına görə, komanda üzvlərinə bir günlük istirahət verilib. Flaqman sabahdan etibarən gündə bir dəfə olmaqla hazırlıqlarını davam etdirəcək.

Yanvarın 24-də isə "Neftçi"nin təlim-məşq toplanışının ikinci mərhələsi start götürəcək. Fevralın 4-dək keçiriləcək hazırlıq prosesi yenə də Türkiyənin Antalya şəhərində olacaq. Bu dəfə "Neftçi" "Mardan" İdman Kompleksində məskunlaşacaq.


Son xəbərlər