"Qalatasaray" 3 futbolçu ilə rəsmi müqavilə imzaladı

"Qalatasaray" 3 futbolçu ilə rəsmi müqavilə imzaladı
XƏBƏR 21 Yanvar 2011 / 14:52 2040
-  A +

Türkiyənin "Qalatasaray" klubu artıq 3 futbolçu ilə rəsmi müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, "Qalatasaray" kolumbiyalı qapıçı Robinson Zapata ilə 1,5, rumıniyalı hücumçu Boqdan Stanku və "Kasımpaşa"lı yarımmüdafiəçi Yekta Kurtuluş ilə 4,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, İstanbul təmsilçisi Yekta üçün 3 milyon 750 min avro, Stanku üçün isə 5 milyon avro təzminat ödəməli olacaq.


Son xəbərlər