Aleks de Souza: "Fənərbaxça"dan başqa heç bir klubda oynamaram"

Aleks de Souza: "Fənərbaxça"dan başqa heç bir klubda oynamaram"
XƏBƏR 21 Yanvar 2011 / 13:47 1843
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun brazilyalı ulduzu Aleks de Souza maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "Fənərbaxça" ilə müqavilə müddəti bitdiyi üçün Aleksə bir neçə klubdan təklif gəlsə də, o heç birisini qəbul etməyib. Öz növbəsində "sarı lacivərtli" klubla yeni müqavilə imzalamaq üçün klub rəhbərliyi ilə görüşən Aleks bu haqda belə danışıb: "Türkiyədən hər hansı bir təklik gələrsə dinləyərəm, ancaq qəbul etmərəm. Çünki mən "Fənərbaxça"ya ürəkdən bağlanmış bir futbolçuyam və bu klubun azarkeşlərinin ürəyində taxt qurmuşam. Əgər bir gün "Fənərbaxça" klubu məni öz heyətində görmək istəməzsə, əşyalarımı toplayaraq Türkiyədən gedərəm. Mənim "Fənərbaxça"nın necə azarkeşi olduğumu bəlkə o zaman anlayarlar. Heç bir şeyin kluba olan rəğbətimi azaltmasına icazə vermərəm".

Son xəbərlər