"Xəzər Lənkəran" birini yola saldı, digərini gətirdi

XƏBƏR 21 Yanvar 2011 / 11:18 2423
-  A +

"Xəzər Lənkəran" klubunun Antalyada kecirdiyi təlim-məşq toplanışı bütün gücü ilə davam edir. Qol.Az-ın məlumatına görə, keçirilən ağır məşqlərə baxmayaraq futbolçuların istək və arzusu bütün çətinlikləri arxa plana atır.

Komandanın keçirdiyi hər iki yoxlama oyununda zəif təsir bağışlayan qapıçı Kosmin Vitka artıq geri göndərilib. Məşqçilər korpusu yeni qapıçı axtarışını davam etdirir.

Əvəzində düşərgəyə daha bir yeni futbolçu baxışa gəlib. Bu, Türkiyə Super Liqasından keçən il Bank Asiya 1-ci liqinə yuvarlanan "Konyaspor"un hücumçusu Ibrahim Banquradır. Afrika əsilli futbolçu bu gündən məşqlərə qoşulacaq.

"Xəzər Lənkəran" şənbə günü daha bir yoxlama oyunu keçirməyi planlaşdırır.
 

Son xəbərlər