Kejman Honq Konq klubunda

Kejman Honq Konq klubunda
XƏBƏR 21 Yanvar 2011 / 00:59 4119
-  A +

Məşhur serbiyalı futbolçu Matey Kejman Honq Konqun "South China" ("Cənubi Çin") komandasına keçib. Qol.Az-ın məlumatına görə, karyerasının böyük hissəsini Avropada keçirmiş 31 yaşlı hücumçu artıq yeni səhifə açmaq istədiyini bildirib.

"South China"da oynayacağı üçün həyəcanlandığını deyən Kejman yeni uğurlar əldə etmək, yeni komandası üçün əlindən gələn hər şeyi etmək niyyətindədir.

Əvvəllər İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko", Hollandiyanın PSV, Türkiyənin "Fənərbaxça" komandalarının da formasını geyinmiş Matey Kejmanın son klubu Fransa PSJ-si olub. Lakin əsas heyətə müntəzəm düşə bilmədiyi üçün onunla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Son xəbərlər