Stanku "Qalatasaray"da

Stanku "Qalatasaray"da
XƏBƏR 21 Yanvar 2011 / 00:47 2362
-  A +

Türkiyənin "Qalatasaray" klubu daha iki futbolçu transfer edib. Qol.Az-ın məlumatına görə, "sarı-qırmızılar" "Kasımpaşa"nın yarımmüdafiəçisi Yekra Kurtuluş və Rumıniyanın "Styaua" komandasının hücumçusu Boqdan Stankunun keçidini reallaşdırıb. 

Yekta transfer dönəmində daim gündəmdə olub. Onunla "Trabzonspor" da maraqlanırdı. Lakin 24 yaşlı oyunçu "Qalatasaray"a üstünlük verib. 

Stanku isə "Cim-Bom"un baş məşqçisi George Hacının istəyilə alınıb. 23 yaşlı forvard 3 illik müqavilə qarşılığında 7,5 milyon avro qazanacaq. Rumıniya yığmasında da çıxış edən Stanku "Styaua"nın heyətində 72 matçda 32 qol vurub. 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner