Rəşad Sadıqov "Eskişehirspor"un əsas heyətində

XƏBƏR 20 Yanvar 2011 / 18:36 2728
-  A +

Türkiyə Superliqasında ikinci dövrənin oyunlarına sabah start veriləcək. Qol.Az-ın məlumatına görə, ikinci dövrənin ilk oyununda həmyerlimiz Rəşad Sadıqovun da forma geydiyi "Eskişehirspor" klubu səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq. Komanda artıq qarşılaşma üçün Ankaraya yola düşüb. Millimizin kapitanı da həmin görüş üçün "Eskişehirspor"un əsas heyətində yer alıb. Baş məşqçi Bülənt Uyğunun Sadıqovu Ankara klubu ilə görüşdə start heyətində meydana çıxaracağı gözlənilir.
Qeyd edək ki, "Gənclərbirliyi" - "Eskişehirspor" oyunu sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner