“Xəzər-Lənkəran”ın sabiq futbolçusu Alim Qurbanov “Xəzər-Lənkəran” - “Karvan” qarşılaşması ilə bağlı Qol.Az-a müsahibə verib.
- Sabiq klubuna qarşı meydançaya çıxdın. Fikirlərini bilmək maraqlı olardı.
- “Xəzər-Lənkəran”la “Karvan”ın oyunları həmişə gərgin keçib. Bu mənada, son qarşılaşma da istisna olmadı.
- Oyunun sənin üçün prinsipial əhəmiyyət daşıması fikri ilə razılaşırsan?
- Təbii. Elə ilk növbədə mənim üçün prinsipial əhəmiyyət daşıyan bir oyun idi. Daha doğrusu, mənim prinsipim “Xəzər-Lənkəran”la yox, İqor Ponomaryovladır. Beynimdə yalnız bir şey vardı: özümü bu məşqçiyə sübut etmək. Sübut etməli idim ki, məni, eləcə də Füzuli Məmmədovu komandadan çıxarıb əvəzinə legionerləri komandaya götürməklə o heç də düz iş görməyib.
- Belə başa düşdüm ki, oyuna xüsusi hazırlaşmışdın?
- Elədir. Bilirsiniz, adama çox pis təsir edir. Birincisi, mən oradakı futbolçuların heç birindən zəif deyildim. Əksinə, məndən də zəif futbolçular var idi. Özü də komanda yaranan gündən onun uğurları üçün çalışmışam. Bu mənada, Ponomaryovun mənə qarşı haqsızlığını qəbul edə bilmirdim. Ən əsası, əgər Ponomaryovun bizi komandadan uzaqlaşdırmaq fikri vardısa, bunu bizə əvvəlcədən deyəydi, biz də işimizi biləydik. Çempionatın başlanmasına bir həftə qalmış deyir ki, mənə lazım deyilsiniz. Həmin vaxtda futbolçuya yeni klub tapmaq da çətin olur. Yenə sağ olsun, “Karvan” rəhbərliyi və Yunis Hüseynovu ki, mənə sahib çıxdılar.
- Səncə, özünü Ponomaryova sübut edə bildin?
- Əgər öz meydançalarında onlardan xal aldıqsa, deməli, bu oyunun iştirakçısı kimi mən də özümü sübut edə bildim. Nəzərə alaq ki, onların heyətində 7-8 legioner oynadığı halda bizim heyətimizdə cəmi iki əcnəbi var idi. Amma buna baxmayaraq, biz həm də onu sübut etdik ki, yerli futbolçular heç də gəlmələrdən zəif deyillər.
- Maraqlıdır, Lənkəranda heç Ponomaryovla görüşdün?
- Ponomaryova nəinki salam vermək, heç onunla üz-üzə gəlmək istəmirəm.
- “Xəzər-Lənkəran” azarkeşləri Vüqar Nadirovu fitə basdılar. Sənin belə bir problemin olmadı ki?
- Yox, mənə qarşı heç bir xoşagəlməz söz və yaxud hərəkət olmadı. Əksinə adımı çəkərək və “Alim, Alim” deyərək məni alqışladılar. Açığı, “Xəzər-Lənkəran” azarkeşinin qarşısına rəqib kimi çıxmaq mənə çox pis təsir etdi.
- Rəqibin oyun planında hansısa dəyişiklik gözünə dəydi?
- Heyət baxımından dediyim kimi, dəyişikliklər var idi. Ponomaryov yerliləri heyətdən sıxışdırıb əvəzinə əcnəbiləri oynadır. Yeni legionerləri yəqin ki, siz də gördünüz. Ahmet Dursun bizə qarşı oynasa da, Fatih Sonkayanın transfer vərəqəsi gəlmədiyindən onu oynada bilmədilər. O oynasaydı yəqin ki, Ruslan Poladov da ehtiyatda oturmalı olacaqdı.
- Sonda hazırkı klubun “Karvan” haqqında da qısaca fikirlərini öyrənək.
- “Karvan”da hər şey ürəyimcədir. Buradakı kollketivə artıq uyğunlaşmışam. Uşaqların çoxunu tanıdığımdan mənə çətin olmadı. Bir də mənə əsas nə lazımdır? Daimi olaraq meydana çıxıb futbol oynamaq. Bu yaşımda ehtiyatda oturası deyiləm ki?
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı