Ağdamın "Qarabağ" klubu Antalyada keçirdiyi təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın məlumatına görə, komanda bu gün ilk məşqinə çıxıb. Təxminən 1 saat 45 dəqiqə davam edən məşqdən öncə isə 21 il öncə baş vermiş 20 yanvar hadisəsinin şəhidlərinin anmı baş tutub. Komandanın baş məşqçisi Qurban Qurbanov bu səbəblə nitq söyləyib. Qurban müəllim baş verən hadisənin təfsilatına toxunaraq 20 yanvar hadisənin mahiyyəti haqqında danışıb.
Müstəqilliyimizin əldə edilməsində 1990-cı ildə 20 Yanvarda tökülən insan qanın nə qədər böyük rol oynadığını vurğuladı. Xalqımızın müstəqillik arzusunu qan bahasına belə boğula bilməməsinin xalqımızın böyüklüyü və cəsarətinin örnəyi olduğunu bildirdi. Üzərindən 21 illik zamanın keçməsinə baxmayaraq xalqımızın həmin hadisəni hələ də ehtiramla yad etməsinin tariximizə sahib çıxılmasına və dəyərləri heç vaxt unudulmağını göstərdiyini vurğuladı.
Adınca günün ilk məşqi baş tutdu. İsinmə hərəkətlərinin ardından öncə uzaqdan zərbələr və asmalar üzərində çalışıldı. Sonra isə futbolçular taktiki çalışma yerinə yetirdilər. 2 ayrı qrupda eyni zamanda müdafiəçilər və hüçumçulara bölünən futbolçular hücum və müdafiə üzərində məşq etdilər. Xətti müdafiə, top saxlanılması, hücum versiyaları üzərindəki çalışmanın ardından futbol da oynanıldı. Göylərə və sarılara bölünən futbolçular meydanboyu futbol oynadılar. Belədə günün ilk çalışması başa çatdı.
Xəstə futbolçulardan Namiq Yusifov artıq məşqlərdə iştirak edirsə, Zaur Həşimov bu gün məşqi izlədi. Maksim Medvedev isə ayrılıqda çalışdı. Maksimin ayağında ağrılar qaldığına görə müdafiəçi fizioterapevt nəzarətində məşq edir.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı