Sadıq Sadıqov: "İnanıram ki, "İnter" Azərbaycan futbol tarixinin daha bir qızıl səhifəsini yazacaq"

Sadıq Sadıqov: "İnanıram ki, "İnter" Azərbaycan futbol tarixinin daha bir qızıl səhifəsini yazacaq"
XƏBƏR 20 Yanvar 2011 / 16:25 2181
-  A +

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov "İnter"in Ermənistanın "Mika" klubu üzərində qazandığı qələbəyə bütün flaqman azarkeşlərinin də sevindiyini bildirib. Qol.Az-ın məlmatına görə, Sadıqov "Birlik kuboku"ndakı təmsilçimizə bu qələbə münasibətilə təbrik məktubu göndərib: "İnter"in "Birlik kuboku"ndakı uğurlu çıxışını "Neftçi" klubu da yaxından izləyir və buna sevinir. Xüsusilə yarışın 1/4 final mərhələsində Ermənistanın "Mika" klubu üzərində qazanılan qələbəni alqışlayırıq. "İnter"in Sankt-Peterburqda qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya böyük sevinc bəxş edib. Son vaxtlar Azərbaycan futbolunda görülən işlər göz qabağındadır. AFFA rəhbərliyinin yürütdüyü məqsədyönlü fəaliyyət nəticəsində milli komandamız və klublarımız yeni-yeni zəfərlərə doğru irəliləyir. Beynəlxalq arenalardan qələbə sevincli xoş xəbərlərimizin sayı artmaqdadır. "İnter"in də qazandığı son uğurlar buna bariz nümunədir. Sizə belə qələbələri gələcək oyunlarda da davam etdirməyi arzulayırıq. İnanırıq ki, "İnter" klubu "Birlik kuboku"nu qazanaraq, Azərbaycan futbol tarixinin daha bir qızıl səhifəsini yazacaq. Bir daha sizi təbrik edir və gələcək oyunlarda uğurlar arzulayırıq".

Son xəbərlər