"Gəncə" kamerunlu futbolçu ilə anlaşdı

"Gəncə" kamerunlu futbolçu ilə anlaşdı
XƏBƏR 20 Yanvar 2011 / 15:41 2252
-  A +

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Gəncə" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Qol.Az-ın məlumatına görə, artıq qış transfer dönəmində bir neçə futbolçunu heyətinə qatan qərb təmsilçisi bu dəfə kamerunlu Armand Fetçina ilə anlaşıb. Bir neçə gün öncə Gəncəyə gələn Fetçina klubla 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Gəncə" klubu Fetçinadan öncə Asəf Qədiri, Vüsal Hüseynov, Samir Abdulov və Murtuz Allahverdiyevlə müqavilə bağlamışdı.   


Son xəbərlər