UEFA-nın simvolik yığması açıqlandı

UEFA-nın simvolik yığması açıqlandı
XƏBƏR 20 Yanvar 2011 / 15:24 2189
-  A +

İspaniyanın "Barselona" klubunun 6 futbolçusu 2010-cu ilin yekunlarına əsasən UEFA-nın tərtib etdiyi simvolik yığmaya düşüb. Qol.Az-ın məlumatına görə, siyahıya "Barsa"dan müdafiəçilər Xerard Pike və Karles Puyol, yarımmüdafiəçilər Xavi və Andres İnyesta, hücumçular Lionel Messi və David Vilya salınıb.

Qalan 5 oyunçuya gəldikdə, İtaliya "İnter"ini müdafiəçi Maykon və yarımmüdafiəçi Uesli Sneyder, İspaniya "Real"ını qapıçı İker Kasilyas və yarımmüdafiəçi Kriştianu Ronaldu, İngiltərənin "Çelsi" komandasını isə müdafiəçi Eşli Koul təmsil edir. Simvolik yığmanın baş məşqçisi isə ötən mövsüm "İnter"lə Çempionlar Liqasını qazanan, sonra da "Real"a rəhbərlik edən Joze Mourinyodur.

Qeyd edək ki, 2010-cu ildə "Barselona" İspaniya çempionluğunu qazansa da, Çempionlar Liqasının yarımfinalında "İnter"ə yenilib. Bununla belə, "Barsa"nın UEFA-nın simvolik yığmasındakı 6 oyunçusundan 5-i İspaniya millisinin tərkibində dünya çempionluğunu, argentinalı Lionel Messi isə "Qızıl top"u əldə edib.


Son xəbərlər