"Fənərbaxça"lı futbolçular üsyan etdi

"Fənərbaxça"lı futbolçular üsyan etdi
XƏBƏR 20 Yanvar 2011 / 14:20 2323
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun futbolçuları baş məşqçi Aykut Kocamanın əleyhinə üsyan qaldırıblar. Qol.Az-ın məlumatına görə, buna səbəb baş məşqçi Kocamanın futbolçuları həddindən artıq yükləməsi olub. Kocamanın komandasını tez-tez məşqlərə çıxarması futbolçuların etirazına gətirib çıxarıb.

"Fənərbaxça"lı futbolçular həddindən artıq sıx qrafik üzrə məşq etdiklərini və buna görə də komandada tez-tez zədələrin baş vediyini klub rəhbərliyinə bildiriblər. Onların sözlərinə görə, son iki matçda "Malatyaspor" və "Samsunspor"la oyunlardakı uğursuzluq məhz bu yorğunluğun nəticəsidir. Futbolçular özlərinin həm fiziki, həm də psixoloji cəhətdən çox yorğun olduqlarını və bir qədər istirahət etmələrini vacibliyini diqqətə çatdırıblar.

Son xəbərlər