Ramiz Məmmədovun komandası yenə qələbə qazandı

Ramiz Məmmədovun komandası yenə qələbə qazandı
XƏBƏR 20 Yanvar 2011 / 13:35 1881
-  A +

Həmyerlimz Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın "Atırau" klubu ardıcıl 2-ci qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, "Atırau" Türkiyədəki ilk hazırlıq mərhələsinin son oyununda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Rot-Veyzerfurt"a 2:0 hesabı ilə qalib gəlib. Hər 2 qolu baxışda olan afrikalı legionerlər - Alfre Emiofe (27) və Oqbena Zitu (75) vurub.

Qeyd edək ki, Məmmədovun komandası Türkiyədə keçirdiyi ilk görüşdə Albaniyanın "Besa" klubuna 0:1 hesabı ilə məğlub olsa da, ardından "Xəzər Lənkəran"a 2:1 hesabı ilə qalib gəlib. Almanlarla oyundan sonra isə komandasını istirahətə buraxan Məmmədovun bu gün Bakıya gələcəyi gözlənilir. Onun komandası yanvarın 25-də yenidən Antalyada bir araya gələcək.


Son xəbərlər