"Real" (Madrid) klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo "Beşiktaş"ın yeni transferlərinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Mourinyo heyətini bir neçə portuqaliyalı futbolçu ilə gücləndirən "Beşiktaş"ın hədəflərinin böyük olacağını vurğulayıb: "Beşiktaş bu il bir neçə ulduz futbolçu transfer etdi. Bunlardan Quarejmanı xüsusi qeyd etmək istəyirəm. O mənim üçün çox önəmli bir futbolçudur. Quarejma məhz futbol üçün yaradılmış bir varlıqdır. İnanıram ki, gələcəkdə onunla yenidən birlikdə işləyəcəyəm. "Beşiktaş"a gəldikdə isə hədəfi olan komanda gərək böyük düşünsün. Mən böyük düşündüyüm üçün bu gün "Real" (Madrid" klubunda işləyirəm. Bu klubdakı hədəflərim də böyükdür. Hesab edirəm ki, "Beşiktaş" və baş məşqçi Şuster də böyük düşündüyü üçün belə səviyyəli futbolçuları transfer ediblər"
Mourinyo daha sonra 8 il öncə bu barədə "Fənərbaxça" klubu ilə anlaşa bilmədiyini də xüsusi vurğulayıb: "8 il öncə İstanbula gəlmişdim. Lakin təəssüf ki, "Fənərbaxça" klubu ilə anlaşa bilmədik. Daha doğrusu, onlar mənim istəklərimi qəbul etmədilər. Uğur qazanmağım üçün komanda qarşısına müəyyən hədəflər qoysam da, "Fənərbaxça" rəhbərliyi məni anlamadı. Bundan sonra isə mənim "Porto" macəram başladı və ardıcıl olaraq çempionluq sevinci yaşadım".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı