"Turan" Almaniya təmsilçisinə məğlub oldu

"Turan" Almaniya təmsilçisinə məğlub oldu
XƏBƏR 20 Yanvar 2011 / 11:47 2322
-  A +

Antalyada hazırlıqlarını davam etdirən Tovuzun "Turan" komandası dünən ilk sınaq matçına çıxıb. Qol.Az-ın məlumatına görə, komandanın məskunlaşdığı otelin meydançasında Almaniyanın üçüncü liqa klubu "MSV Pampov" klubu ilə qarşılaşan "Turan" bu oyundan məğlub ayrılıb.
 
20-ci dəqiqədə qapısında qol görən Tovuz klubu görüş ərzində bir neçə yüzfaizli qol imkanlarını boşa verərək, məğlubiyyətlə barışmalı olub.
 
Komandanın yeni baş məşqçi Naci Şensoy meydana aşağıdakı start heyəti buraxmışdı: Kamal Bayramov, Məhərrəm Müslümzadə, Hüseyn İsgəndərov, Oleq Qvelesiani,  Rəşad Orucov, Orxan İsmayılov, Cavid Tağıyav, Georgi Çediya, Rəşid Həsənov,  Georgi  Beriaşvili, Vurğun Hüseynov.

Meydana sonradan çıxanlar: Şamil Saidov, Yasin Abbasov, Ruslan Namazov, Akif Tağıyev, Xəyal Qarayev,  Qalib Əmrahov, Azər Məmmədov, Viktor Qonta, Fərmayıl Əliyev.

Son xəbərlər