AZAL Ukrayna təmsilçisi ilə qarşılaşacaq

AZAL Ukrayna təmsilçisi ilə qarşılaşacaq
XƏBƏR 20 Yanvar 2011 / 10:54 1757
-  A +

AZAL-ın Antalya toplanışı start götürüb. Qol.Az-ın məlumatına görə, ötən gün günorta saatlarında Antalyaya gələn komanda Laradakı “Titanik” otelində məskunlaşıb. Toplanış fevralın 1-ə qədər davam edəcək.
Qarşısına mövsümün ikinci yarısına ciddi hazırlaşmaq məqsədi qoyan AZAL-ın Antalyada intensiv hazırlıq keçəcək. 15 günə 5 yoxlama görüşü planlaşdırılıb. Bundan əlavə, komanda gündə iki dəfə olmaqla məşqlərə çıxacaq. Bunlardan birincisində futbolçular fiziki hazırlıq üzərində çalışacaq. Axşam məşqləri isə toplu çalışmalardan ibarət olacaq.
İlk yoxlama görüşün yanvarın 21-ə nəzərdə tutulub. Həmin gün rəqibimiz Ukraynanın “Zarya” (Luqansk) kollektivi olacaq.

Son xəbərlər