"İnter" finala çıxsa...

XƏBƏR 20 Yanvar 2011 / 01:31 2455
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində davam edən "Birlik Kuboku"nda Azərbaycan çempionu "İnter" finala yüksəlsə, Latviyanın "Skonto" və Belarusun "Şaxtyor" komandaları arasındakı yarımfinal matçının qalibi ilə görüşəcək. Qol.Az-ın məlumatına görə, bu, yanvarın 19-da keçirilmiş daha iki 1/4 final qarşılaşmasının yekununda məlum olub.

"Skonto" "İstiklol" (Tacikistan) üzərində 2:0 hesablı qələbə qazanıb. "Şaxtyor" isə "Dinamo" (Kiyev, Ukrayna) komandasını minimal fərqlə yenib - 2:1.

Beləliklə, yanvarın 21-də keçiriləcək yarımfinal matçlarında görüşəcəklər:

18:00. "İnter" (Azərbaycan) - "Zenit" (Rusiya)

21:00. "Skonto" (Latviya) - "Şaxtyor" (Ukrayna).

Final matçı yanvarın 23-də "Peterburqskiy" İdman-Konsert Kompleksində saat 16:00-da başlanacaq.

Son xəbərlər