Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Neftçi" klubu yanvarın 19-da ilk yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, rəqib Rusiya çempionatının I divizionunda çıxış edən "SKA-Energiya" komandası olub.
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, İqor Mitreski, Ruslan Abışov, Elmar Baxşiyev, Slavço Georgievski, Mirhüseyn Seyidov, Ruslan Qurbanov, Cavid Hüseynov, Emil Mpenza.
İlk yarıda Emil Mpenza topu rəqib qapısından keçirib. Lakin hakim ofsayd qərarı verib. Komandalar fasiləyə qolsuz heç-heçə ilə çıxıblar.
İkinci hissədə qapıçı Elçin Sadıqov, oyunçular Tərlan Quliyev, Ruslan Əmircanov, Cavid İmamverdiyev və baxışda olan Hima Yasin meydançaya daxil olublar. Onlar Rauf Mehdiyev, Rail Məlikov, Ruslan Abışov, Elmar Baxşiyev və Mirhüseyn Seyidovu əvəzləyiblər. Bir qədər sonra flaqmanın braziliyalı müdafiəçisi Denis Silva zədələnərək, meydançanı tərk edib.
73-cü dəqiqədə "Neftçi" hesabı açıb. Ruslan Qurbanov fərqlənib. Az sonra Cavid Hüseynovu Eltun Yaqublu əvəzləyib. Amma flaqman qələbəni qoruya bilməyib. 77-ci dəqiqədə rusiyalı futbolçular cərimə zərbəsindən hesabı bərabərləşdiriblər.
Qalan dəqiqələrdə "Neftçi" ələ düşən imkanlardan yararlana bilməyib və oyun elə 1:1 hesabı ilə başa çatıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı