20 yanvar faciəsindən 21 il ötür

20 yanvar faciəsindən 21 il ötür
XƏBƏR 20 Yanvar 2011 / 00:01 1854
-  A +

Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 yanvar faciəsindən 21 il ötür. Qol.Az-ın məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 yanvar faciəsinin qurbanlarının xatirəsi hər zaman əziz tutulur.
 
Bununla əlaqədar Ümumxalq Hüzn günü elan olunub. Hər il olduğu kimi yenə hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sadə vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Saat 12.00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakıya daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. 1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Son xəbərlər