Erməni məşqçi "İnter"i təbrik etdi

XƏBƏR 19 Yanvar 2011 / 19:16 3030
-  A +

"Hər şeydən əvvəl "İnter"i qələbə münasibəti ilə təbrik edirəm. Komandamızın oyunu haqqında isə onu deyə bilərəm ki, biz buraya baxımlı futbol göstərmək üçün gəlmişdik. Bugünkü oyunda həqiqətən bərbad oyun göstərdik". Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan çempionu "İnter"lə oyundan sonra Ermənistanın "Mika" klubunun baş məşqçisi Armen Şahgeldyan bildirib. "Bir sıra komponentlərdə rəqibdən zəif idik. Dalbadal dörd oyun keçirmək bizim üçün çətinlik törətdi. Ancaq bu, futboldur. Günahkar axtarmaq lazım deyil. Biz bu gün məğlub olduq" - deyə o vurğulayıb.

 


Son xəbərlər