Rövnəq Abdullayev: "İnter"in uğurlu çıxışı hər birimizi sevindirir"

Rövnəq Abdullayev: "İnter"in uğurlu çıxışı hər birimizi sevindirir"
XƏBƏR 19 Yanvar 2011 / 19:12 2172
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik kuboku"nda "İnter"in uğurlu çıxışı davam edir. Qol.Az-ın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib: "Ötən mövsüm Azərbaycan çempionu olmuş "İnter"in "Birlik kuboku"ndakı uğurlu çıxışı hər birimizi sevindirir. Turnirdəki təmsilçimizin indiyə qədər keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vurması, 4 oyunda qapısından qol buraxmaması sevindirici haldır. "İnter"in yarımfinala yüksəlməsi münasibətilə klubun bütün kollektivini, Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri təbrik edir, "İnter"ə daha böyük uğurlar arzulayıram».
Qeyd edək ki, "İnter" "Birlik kuboku"nun qrup mərhələsində Qırğızıstanın "Neftçi" (3:0), Taciktistanın "İstiqlal" (3:0), Moldovanın "İskra-Stal" (1:0), 1/4 final mərhələsində isə Ermənistanın "Mika" klubunu (4:0) məğlubiyyətə uğradıb.

Son xəbərlər