Fatih Təkkə rəsmən "Ankaragücü"ndə

Fatih Təkkə rəsmən "Ankaragücü"ndə
XƏBƏR 19 Yanvar 2011 / 18:58 2175
-  A +

Ötən gün "Beşiktaş"la müqaviləsini qarşılıqlı olaraq ləğv edən Fatih Təkkə artıq özünə yeni klub tapıb. Qol.Az-ın məlumatına görə, Təkkə "Ankaragücü" ilə 1,5 illik müqavilə imzalayaıb. Futbolçunun özü isə bu keçidinə belə münasibət bildirib: "Yeni klubumda mənə olan ümidləri doğrultmağa çalışacam. Bu mövsüm hədəfimiz yalnız Türkiyə kubokudur. Lakin növbəti mövsümdə biz də "Bursaspor"un qazandığı uğuru təkrarlamağa çalışacağıq. Yəni, gələn mövsüm daha yüksək yerlər uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, Təkkə yeni komnadasında 33 nömrəli forma altında çıxış edəcək.

Son xəbərlər