Kaxaber Sxadadze: "İlk qol oyunun taleyini həll etdi"

Kaxaber Sxadadze: "İlk qol oyunun taleyini həll etdi"
XƏBƏR 19 Yanvar 2011 / 18:49 2180
-  A +

Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsində son ölkə çempionu "İnter" Ermənistanın "Mika" klubuna 4:0 hesabı ilə qalib gəlib. Qol.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı maraqlı fikirlər səsləndirib: "Biz bu oyunda qələbə qazanmağa borclu idik. Ona görə də oyuna xüsusi hazırlaşmışdıq. Oyunun əvvəlində tez-tez səhvlərə yol verirdik. Lakin İlk qol oyunun taleyini həll etdi. Bundan sonra komanda özünə gəldi və qolları sıralamağa başladı. Şadam ki, biz artıq 4 oyun dalbadal top buraxmırıq. İndi isə yarımfinal haqqında düşünürük".

Son xəbərlər