"Qarabağ" "İnter" klubunu təbrik etdi

XƏBƏR 19 Yanvar 2011 / 18:28 1952
-  A +

Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçular "İnter"in bu gün "Birlik kuboku"nda Ermənistanın "Mika" komandası ilə oyununu televiziya vasitəsilə izləyiblər. Azərbaycan çempionunun 4:0 hesabı ilə qələbə qazandığı bu oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qol.Az müxbiri ilə söhbətində "İnter" klubunu parlaq qələbə münasibətilə təbrik edib. "Bu qələbə bizi çox sevindirdi. Klubumuzun rəhbərliyi, komandamızın məşqçilər heyəti və futbolçular adından "İnter" komandasının təbrik edir, onlara "Birlik kuboku"nu qazanmağı arzulayıram" - deyə Q.Qurbanov bildirib.

Son xəbərlər