Samuel Eto O: “Karyeramı “Malyorka”da bitirib, “İnter”də məşqçilik edəcəyəm”

Samuel Eto O: “Karyeramı “Malyorka”da bitirib, “İnter”də məşqçilik edəcəyəm”
XƏBƏR 19 Yanvar 2011 / 17:43 2106
-  A +

İtaliyanın "İnter" klubunun futbolçusu Samüel Eto'o karyerasını başa vurmaq və məşqçiliyə başlamaq istədiyi klubun adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, kamerunlu hücumçu klubun telekanalına müsahibəsində futbolçu qismində son mövsümünü İspaniyanın "Malyorka" komandasında keçirmək arzusunda olduğunu söyləyib.

Onun fikrincə, bu komanda indiki peşənin sahibi olmaq, artırmaq və yaxşı futbolçuya çevrilmək şansı verib: "Məhz buna görə ümidvaram ki, futbol meydançasında son təbəssümüm bu klubun formasında olacaq. Sonra isə "İnter"ə məşqçi kimi qayıdacağam".


Son xəbərlər