"Qalatasaray" kolumbiyalı qapıçı ilə anlaşdı

"Qalatasaray" kolumbiyalı qapıçı ilə anlaşdı
XƏBƏR 19 Yanvar 2011 / 16:44 2254
-  A +

Transferlərini davam etdirən Türkiyənin "Qalatasaray" klubu heyətini yeni qapıçı ilə gücləndirib. Qol.Az-ın məlumatına görə, İstanbul təmsilçisi kolumbiyalı qapıçı Zapata ilə anlaşıb. 33 yaşlı təcrübəli qapıçının bu gün İstanbula gələcəyi, sabah isə komanda ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, futbol karyerasına Amerikanın "Kali" klubunda başlayan Zapata son 4 mövsümü Rumıniyanın "Styaua" (Buxarest) klubunda keçirib.
 


Son xəbərlər