"İnter" - "Mika" oyununda təhlükəsizlik sistemi gücləndirilir

"İnter" - "Mika" oyununda təhlükəsizlik sistemi gücləndirilir
XƏBƏR 19 Yanvar 2011 / 15:55 2628
-  A +

Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsində son ölkə çempionu "İnter" Ermənistanın "Mika" klubu ilə qarşılaşır. Qol.Az-ın məlumatına görə, ilk hissədə "İnter"in iki qol vurması Peterburq arenasında təhlükəsizlik sisteminin gücləndirilməsinə səbəb olub. Oyun zamanı və ya oyundan sonra hər hansı bir insidentin baş verməməsi üçün stadionda təhlükəsizlik sistemi gücləndirilir.
Qeyd edək ki, "İnter" - "Mika" oyununu təxminən 2000-ə yaxın azərbaycanlı azarkeş izləyir.

 


Son xəbərlər