"Qarabağ"ın itkiləri davam edir

XƏBƏR 19 Yanvar 2011 / 15:51 1932
-  A +

Qış təlim-məşq toplanışını Antalyada keçirən "Qarabağ"ın heyətində bir neçə itki var. Qol.Az-ın məlumatına görə, komandanın son yoxlama oyununda iştirak edə bilməyən Maksim Medvedevin sol ayaq əzələsində zədəsi olduğu bildirilir. Namiq Yusifov və Zaur Həşimov isə xəstəlikləri səbəbindən yoxlama oyununda iştirak edə bilməyiblər. Müalicəsi davam edən Rəşad Kərimov isə bir həftə sonra komanda ilə məşqlərə başlayacaq.

Son xəbərlər