Erik Kantona yenidən futbola qayıdır

Erik Kantona yenidən futbola qayıdır
XƏBƏR 19 Yanvar 2011 / 14:52 2323
-  A +

"Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Erik Kantona yenidən futbola qayıdacağını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Kontana Amerikanın "Nyu-York Kosmos" klubunda idman direktoru vəzifəsində çalışacaq. İndiyə qədər heç bir komandada çalışmayan Kantona "belə əfsanəvi klubda işləyəcəyim üçün fəxr edirəm"- deyərək öz sevincini gizlətməyib.
 
Qeyd edək ki, "Nyu-York Kosmos" klubu 1970-80-ci illərdə Amerika yüksək liqasının lider komandalarından biri olub. Lakin sonradan klubda eniş dövrü başlayıb və komanda yüksək liqanı tərk edərək aşağı diviziona yuvarlanıb. Klub rəhbərliyi də məhz bu komandanın keçmiş şöhrətini özünə qaytarmaq üçün Kantonanı kluba dəvət etdiklərini bildirib.

Son xəbərlər