"Bakı" "Şaxtyor"la qarşılaşacaq

XƏBƏR 19 Yanvar 2011 / 13:57 2166
-  A +

Antalyada təlim-məşq toplantısını davam etdirən "Bakı" futbol klubu bu həftə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qol.Az-ın məlumatına görə, baş məşqçi Aleksandr Starkovun başçılığı altında gündə 2 məşq keçirən komanda 21 və 22 yanvar tarixlərində 2 yoxlama oyunu keçirəcəyi dəqiqləşib.

2011-ci il yanvar 21-də paytaxt təmsilçisi Qazaxıstanın "Akjayik" (Uralsk) klubu ilə qarşılaşacaq. Oyun komandanın məskunlaşdığı "Susesi" otelinin bazasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Bir gün sonra isə (22 yanvar 2011-ci il) "Bakı"nın rəqibi "Şaxtyor" (Karaqanda, Qazaxıstan) klubu olacaq.

Hazırda komandanın düşərgəsində 21 futbolçu var. Dünən Antalyaya gələn Xalidu Sissoko və İbrahim Karqbonun bu gündən etibarən məşqlərə qatılacağı gözlənilir.


 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner