Tyeri Anri: "Bir daha Premyer Liqada oyanamaram"

Tyeri Anri: "Bir daha Premyer Liqada oyanamaram"
XƏBƏR 19 Yanvar 2011 / 13:46 2582
-  A +

Amerikanın "Nyu-York" klubunun hücumçusu Tyeri Anri maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, hazırda formadan düşməmək üçün öz keçmiş komandası "Arsenal"ın heyətində məşqlərə çıxan Anri bir daha Premyer Liqada oynamayacağını bildirib: Yenidən Londona qayıtmaq çox gözəl hissdir. Bura formadan düşməmək üçün gəlmişəm. Bununla belə, "Arsenal"ın düşərgəsində məşq etmək üçün əla şərait var. Əlbəttə də, burada məşq etmək inasana xüsusi bir zövq verir. Lakin, mən bir daha Premyer Liqada oynaya bilmərəm. Çünki mənim artıq 33 yaşım var. Premyer Liqa isə daha sürətli və dinamik bir çempionatdır. Ona görə də, bu yaşda belə sürətli çempionatda çıxış etməyim qeyri-mümkün görünür". 

Son xəbərlər