Mahir Şükürovun komandası Türkiyədə 5 yoldaşlıq oyunu keçirəcək

Mahir Şükürovun komandası Türkiyədə 5 yoldaşlıq oyunu keçirəcək
XƏBƏR 19 Yanvar 2011 / 12:54 1952
-  A +

Həmyerlimiz Mahir Şükürovun da forma geydiyi Rusiyanın "Anji" klubu yeni mövsümdə fiziki hazırlıq prosesini yekunlaşdırıb. Qol.Az-ın məlumatına görə, bu təlim-məşq toplanışı zamanı futbolçular tibbi müayinələrdən də keçib. Bir neçə günlüyə istirahətə buraxılan komanda üzvləri sabah yenidənm Moskvada bir araya gələcəklər. Burada xüsusi müayinədən keçdikdən sonra, Mahaçqala təmsilçisi yanvarın 21-də təlim-məşq toplanışı üçün Türkiyəyə Antalyanın "Bələk" bölgəsinə yollanacaq.
 
Qeyd edək ki, qardaş ölkədə Mahirin komandası yanvarın 23-də Polşanın "Poloniya", yanvarın 27-də Rumıniyanın "Kluj", fevralın 1-də Özbəkistanın "Şortan", fevralın 3-də Çernoqoriyanın "Zeta" və nəhayət fevral 5-də isə Macarıstanın "QyÖri" klubları ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Son xəbərlər