2 həftəyə 2 baş məşqçi dəyişdi

2 həftəyə 2 baş məşqçi dəyişdi
XƏBƏR 19 Yanvar 2011 / 01:45 2041
-  A +

Səudiyyə Ərəbistanının milli komandasında son iki həftədə ikinci baş məşqçi istefası baş verib. Qol.Az-ın məlumatına görə, yanvarın 4-də portuqaliyalı Joze Pesyero, yanvarın 18-də isə Nassir Əl-Cohar bu postu tərk edib.

Hər iki istefa komandanın Qətərdə davam edən Asiya Kubokunda məğlubiyyəti ilə əlaqədar olub. Pesyeronun rəhbərliyi altında Səudiyyə Ərəbistanı Suriyaya 1:2, Əl-Coharın baş məşqçiliyi dövründə isə Yaponiyaya 0:5 hesabı ilə uduzub. Nəticədə bu komanda qrupda sonuncu yeri tutub. 


Ölkə rəhbərliyi hər iki baş məşqçini istefaya göndərməkdən əlavə, milli futbol federasiyasının prezidentini də qovub. 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner