"İlk oyundakı səhvlərimizdən nəticə çıxardıq"

"İlk oyundakı səhvlərimizdən nəticə çıxardıq"
XƏBƏR 19 Yanvar 2011 / 01:09 1924
-  A +

Futzal üzrə Azərbaycan milli komandası ilə Minskdə keçirilmiş yoldaşlıq oyunundan sonra Belarus yığmasının baş məşqçisi Valeri Dosko fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Dosko affa.az saytına açıqlamasında 1:5 hesablı məğlubiyyətlə başa çatan ilk oyundan nəticə çıxardıqlarını söyləyib.

Bununla belə, təcrübəli mütəxəssis birinci hissədə yetirmələrinin oyununun alınmadığını vurğulayıb: "Bu da hesaba öz təsirini göstərdi. Fasilədən sonra isə gənclərə şans verdik və onlar qarşılarına qoyulan tapşırığı yerinə yetirməyi bacardılar. Bunun nəticəsində əvvəlcə hesabı bərabərləşdirdik, yekunda isə 6:4 hesablıqələbə qazandıq. Azərbaycan millisinə Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram".

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner