"Yığmamızda müəyyən çatışmazlıqlar var"

"Yığmamızda müəyyən çatışmazlıqlar var"
XƏBƏR 19 Yanvar 2011 / 01:01 1865
-  A +

"Birinci hissədə yaxşı oynadıq. Lakin xeyli qol epizodu yaratsaq da, bunlardan lazımi səviyyədə istifadə edə bilmədik". Qol.Az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva Belarusla yoldaşlıq görüşündən sonra affa.az saytına deyib.

Braziliyalı mütəxəssisin fikrincə, komandamızın ələ düşən fürsətlərdən yararlana bilməməsi ümumi konsentrasiyanı pozub: "Hesabda geri düşdükdən sonra isə əvvəlki oyunumuzu bərpa edə bilmədik və məğlub olduq. Komandada müəyyən çatışmazlıqlar var və bunların üzərində işləməliyik".

Qeyd edək ki, yoldaşlıq görüşü Belarusun qələbəsi ilə nəticələnib - 6:4.

Daha çox


Son xəbərlər