Azərbaycan yığması 3 gün əvvəl darmadağın etdiyi rəqibə uduzdu

Azərbaycan yığması 3 gün əvvəl darmadağın etdiyi rəqibə uduzdu
XƏBƏR 19 Yanvar 2011 / 00:46 1874
-  A +

Yanvarın 18-də futzal üzrə Belarus və Azərbaycan milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Minsk şəhərindəki "Dinamo" İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin xeyrinə başa çatıb - 6:4.

Yığmamızın heyətində Tyaqo "dubl" edib. Serjio və Biro Jade isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 16-da keçirilmiş ilk yoldaşlıq oyununda millimiz qalib gəlib - 5:1. 

Daha çox


Son xəbərlər