Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubu Rusiyanın "Rubin" komandası ilə qarşılaşmaqdan imtina edib. Qeyd edək ki, bu görüşün yanvarın 19-u Türkiyə vaxtı ilə saat 18:00-da keçirilməsi nəzərdə tutulmuşdu. Qol.Az-ın "Neftçi"nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Rubin" klubunun nümayəndələri bu gün komandaya müraciət edərək, oyunun yerli vaxtla saat 15:00-da keçirilməsini istəyiblər. Bu isə Antalyada hazırlıq prosesi keçən "Neftçi"nin qrafikinə uyğun olmadığından klub oyunun keçirilməsindən imtina edib. Hər gün Antalyada iki məşq prosesi keçən komanda səhər məşqini yerli vaxtla saat 10:30-da, axşam məşqini isə 18:00-da keçirir. "Rubin"lə qarşılaşmadan imtina etməyin də səbəbi bu olub.
Dərhal yoxlama görüşü keçirmək üçün komanda axtarışına çıxan klub nümayəndələri Rusiyanın "SKA-Energiya" komandası ilə anlaşıb. Beləliklə, "Neftçi" yanvarın 19-da Türkiyə vaxtı ilə saat 18:00-da Rusiyanın "SKA-Energiya" komandası ilə yoxlama oyunu keçirəcək.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir