Milli futbolçu güllələndi

XƏBƏR 18 Yanvar 2011 / 19:23 2655
-  A +

Bolqarıstan millisinin sabiq futbolçusu Svyatoslav Yordanov ABŞ-da qətlə yetirilib. Qol.Az-ın məlumatına görə, "Levski" və "Minyor" klublarının keçmiş futbolçusu karyerasını başa vurduqdan sonra ailəsi ilə birgə Birləşmiş Ştatlara yollanmışdı. Yordanov orada taksiçilik edirdi. O, Finiks şəhərindəki "SKY Harbor" hava limanına müştəri çağırışından sonra yollanıb və onunla əlaqə itib. Səhər saatlarında isə Yordanovun meyidi avtomobildən 15 kilometr aralıda tapılıb. Tapança ilə güllələnmiş Yordanovun qarət edildiyi deyilir. 

Daha çox


Son xəbərlər