"Xəzər Lənkəran" 3 futbolçuyla rəsmi müqavilə bağladı

"Xəzər Lənkəran"  3 futbolçuyla rəsmi müqavilə bağladı
XƏBƏR 18 Yanvar 2011 / 14:54 2294
-  A +

"Xəzər Lənkəran" futbol klubu Antalyada keçirdiyi təlim-məşq toplanışı zamanı düşərgəsində baxışda olan üç futbolçu ilə ilkin müqavilə bağlayıb. Qol.Az-ın məlumatına görə, bu futbolçular Simao Bruno, Kosmin Vatka və Andrey Mureşandır.

Komandanın məşqləri intensiv olaraq davam etdirilir. Dünən düşərgədən baxışda olan iki futbolçu ayrılıb. Bunlar almaniyalı futbolçu Jerom Polenz və Vlad Buyordur. Jerom ailə vəziyyətinə görə düşərgədən ayrılıbsa Bujorun çıxışı məşqçilər korpusunu razı salmayıb.
"Atırau" ilə matçda ciddi zədələnən Ruslan Poladovun vəziyyəti yaxşı olsa da futbolçu bir neçə həftə meydana çıxa bilməyəcək.

Bu gün isə komanda Türkiyənin Super liqa təmsilçisi "Kasımpaşa" ilə ikinci yoxlama oyununa çıxacaq. Qarşılaşma "Qloriya Serenti" otelinin meydanında yerli vaxtla saat 15:00-da keçiriləcək.

Daha çox


Son xəbərlər