Azərbaycan futbolunun 100 illiyi iyunda qeyd olunacaq

Azərbaycan futbolunun 100 illiyi iyunda qeyd olunacaq
XƏBƏR 18 Yanvar 2011 / 10:46 1715
-  A +

Bu il – 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq. Qol.Az-ın AFFA-nın saytına istinadən məlumatına görə, ölkəmizin idman həyatı üçün əlamətdar olan bu hadisənin yüksək səviyyədə qeyd olunması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. AFFA tərəfindən Dövlət arxivinə müraciət olunaraq futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb. Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyun ayında Buta Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, həmiçinin milli assosiasiyaların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.

Daha çox


Son xəbərlər