Starkovun "Bakı"ya gətirmək istədiyi ilk futbolçu (FOTO)

Starkovun "Bakı"ya gətirmək istədiyi ilk futbolçu (FOTO)
XƏBƏR 18 Yanvar 2011 / 00:50 2770
-  A +

"Bakı"nın yeni baş məşqçisi Aleksandr Starkovun komandaya gətirmək istədiyi ilk futbolçu müəyyənləşib. Qol.Az-ın Latviya mətbuatına istinadən məlumatına görə, bu, yarımmüdafiəçi Andrey Pereplyotkindir.

Pereplyotkinin "Bakı"ya keçmə ehtimalının yüksək olduğu bildirilir. Hazırda o, son klubu "Skonto"nun düşərgəsində deyil. Latviyalı həmkarlarımız 26 yaşlı futbolçunun böyük ehtimalla "Bakı"da olacağını iddia edirlər.

Qeyd edək ki, Ukrayna əsilli latviyalı Andrey Pereplyotkin 24 dekabr 1984-cü ildə Xarkovda anadan olub. "Metallist" klubunun yetirməsidir. Peşəkar futbolçu karyerası ərzində İngiltərənin "Sautgempton", İrlandiyanın "Bohemians" klublarında qısa müddətli çıxışlarını başa vurduqdan sonra 2005-ci ildə Latviya "Skonto"suna keçib, bu ölkənin vətəndaşlığını və 2 il sonra yığmadan gələn təklifi qəbul edib. 2008-ci ildə İngiltərənin "Derbi Kaunti" komandasına 1 illik icarəyə verilib.   

Daha çox


Son xəbərlər