Zaqatalanın “Simurq” klubu heyətini 4 yeni futbolçu ilə gücləndirib. Komandanın baş məşqçisi Qyoko Haciyevskinin verdiyi məlumata görə, bunlar Xaqani Məmmədov, Emin Quliyev, Mario Souza və Uqo Maçadodur.
Makedoniyalı mütəxəssis yeni transferlərlə mövsümün sonunadək müqavilə bağlanıldığını bildirib. Haciyevskinin fikrincə, bu futbolçular hazırda 12 komanda arasında 11-ci yerdə olan “Simurq”u Unibank Premyer Liqasında saxlamağa qadirdirlər.
Baş məşqçi daha bir futbolçu – Tofiq Mikayılovun “Simurq”a qayıdışının gündəmdə olduğunu bildirib. Mövsümün ilk yarısında Zaqatala komandasından Baçana Tsxadadze ilə birgə qalmaqallı şəkildə ayrılan Mikayılov müqavilə ilə məxsus olduğu “İnter”də əsas heyətə düşə bilmir. O, hətta Rusiyanın Sankt-Peterburq şəhərində davam edən “Birlik Kuboku”na da aparılmayıb. Bu səbəbdən, futbolçu “Simurq”da oynamaq istədiyini bildirib.
Qeyd edək ki, bu yaxınlarda “Simurq” 6 futbolçu ilə yollarını ayırıb. Bunlar qapıçı Zabit Səfərov, müdafiəçilər Elnur Yusifov, Elnur Abbasov və Elşən Əliyev, yarımmüdafiəçi Azər Səfərli, hücumçu Yasin Abbasovdur (Lent.az).
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar