Mirça Rednik: "Yenidən "Dinamo" klubuna qayıda bilərəm"

Mirça Rednik: "Yenidən "Dinamo"  klubuna qayıda bilərəm"
XƏBƏR 17 Yanvar 2011 / 19:14 2679
-  A +

"Xəzər Lənkəran" klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik ölkəsinin mətbuatına verdiyi açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, 48 yaşlı mütəxəsis yenidən öz keçmiş komandası "Dinamo" (Buxarest) klubuna qayıdışının mümkünlüyündən danışıb: "Ola bilsin ki, bu mövsümün sonunda yenidən "Dinamo" klubuna qayıtdım. Lakin hələlik, mənim mövsümün sonuna qədər "Xəzər Lənkəran"la müqaviləm var. Bu mövsüm başa çatsın, sonrasına isə baxarıq. Bununla belə, həmişə demişəm ki, mən Azərbaycana yalnız çempion olmaq üçün getmişəm. Lənkəran komandası ilə çempion olmağı çox arzulayıram. Lakin əgər bunu bacarmasam, çox güman ki, yenidən ölkəmə qayıtmalı olacam".

Daha çox


Son xəbərlər