AFFA Türkiyəyə maddi yardım etdi

AFFA Türkiyəyə maddi yardım etdi
ÖLKƏ FUTBOLU 9 Fevral 2023 / 15:32 2414
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 min Türkiyə lirəsi (bugünkü məzənnə ilə 45 min 133 manat - red.) məbləğində maliyyə vəsaiti köçürülüb.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq bu addım atılıb.

Daha çox


Son xəbərlər