Arda Turan Ərdoğandan üzr istədi

Arda Turan Ərdoğandan üzr istədi
XƏBƏR 17 Yanvar 2011 / 12:45 2114
-  A +

"Qalatasaray"ın yeni arenası "Türk Telekom"un açılışında görünməmiş qalmaqal yaşanıb. Qol.Az-ın məlumatına görə, hər şey baş nazir Rəcəb Tayyib Ərdoğanın stadiona gəlməsilə başlayıb. Stadionda çıxış edən şərhçi bu xəbəri azarkeşlərin diqqətinə çatdıran kimi, baş nazirin əleyhinə təzarühatlar yüksəlib. Əslində Ərdoğan girişdə müəyyən sözlər deməli və başlama vuruşu ilə stadionu rəsmən açıq elan etməli idi. Lakin etirazlar üzündən o danışmaq istəməyərək, stadionu tərk edib.
 
Əvvəlcədən hazırlanmış proqrama əsasən isə Ərdoğan "Qalatasaray" - "Ayaks" yoldaşlıq matçının ən azı ilk hissəsini izləyərək stadionu tərk etməli idi. Baş nazirin ardınca stadiona gələn digər nazirlər və federasiya rəsmiləri də "Türk Telekom" arenasını tərk ediblər. Bir sözlə türk futbolunda böyük rüsvayçılıq yaşanıb.
 
Bu hadisə ilə bağlı "Qalatasaray" klubunun kapitanı Arda Turan isə bütün komandasının adından Ərdoğana zəng edərək ondan üzr istəyib.

Daha çox


Son xəbərlər