Denis Silva: "Xəzər Lənkəran"la oyunun məsuliyyətini yaxşı dərk edirik"

Denis Silva: "Xəzər Lənkəran"la oyunun məsuliyyətini yaxşı dərk edirik"
XƏBƏR 17 Yanvar 2011 / 11:56 2285
-  A +

Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi"nin müdafiəçisi Denis Silva klubun rəsmi saytına fikrilərini bildirib. Qol.Az-ın məlumatına görə, futbolçu komandası haqda bunları deyib: "Təlim-məşq toplanışımız olduqca yüksək tempdə davam edir. Mən belə tempdə çalışmağı sevirəm. Bütün hazırlıqlarımız Premyer Liqanı qalib kimi başa vurmağa hesablanıb. Türkiyədəki ikinci təlim-toplanışında bir neçə hazırlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu bizim zəif və üstün tərəflərimizi görməyə imkan verəcək. Fevralın 13-də "Xəzər Lənkəran"la keçirəcəyimiz ev oyununda meydana yalnız 3 xalı qazanmaq üçün çıxacağıq. O görüşün vacibliyini yaxşı dərk edirik. Hətta deyərdim ki, həmin matç 3 yox, 6 xallıq oyundur. Mən də bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Biz ancaq irəliyə baxırıq. "Neftçi"nin çempion olması üçün komanda şəklində bütün səylərimizi ortaya qoyacağıq".

Daha çox


Son xəbərlər