Mahir Şükürov Danimarka klubundan təklif alıb

Mahir Şükürov Danimarka klubundan təklif alıb
XƏBƏR 17 Yanvar 2011 / 11:27 2484
-  A +

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının aparıcı futbolçusu Mahir Şükürov bir neçə təklif gəlməsinə baxmayaraq, hazırki klubu "Anji"-də qalmağa qərar verib. Qol.Az-ın məlumatına görə, Şükürov qış transfer pəncərəsi dönəmində Danimarkaya yollana bilərdi. Çünki Danimarka çempiontanın ilk 3-lük komandalarından biri Mahiri öz heyətində görmək istəyirdi. Lakin həmyerlimiz maliyyə məsələləri səbəbindən danimarkalılarla razılığa gələ bilməyib. Danimarka təmsilçisi Mahirə 300 min dollar təklif etsə də, futbolçu bununla razılaşmayıb. Buna səbəb isə Mahirin hazırki klubunda da təxminən bu məbləğə yaxın illik qazanc əldə etməsi olub. Mahaçqalanın Azərbaycana daha yaxın olması da futbolçunun "Anji"də qalmasına təsir edib.
Qeyd edək ki, hazırda Danimarka çempionatında ilk 3-lükdə "Kopenhagen", "Odense" və "Brondbü" klubları qərarlaşıb.

Daha çox


Son xəbərlər