AZAL "Simurq"u məğlub etdi

AZAL "Simurq"u məğlub etdi
XƏBƏR 17 Yanvar 2011 / 11:04 1818
-  A +

AZAL Bakıda keçirilən təlim-məşq toplanışı qələbə ilə başa vurdu. Qol.Az-ın məlumatına görə, dünən "Şəfa" stadionunda baş tutan oyunda komandamız "Simurq"un qapısına iki top vurmaqla rəqibi məğlub yola saldı. Matçda hesabı Nuqzar Kvirtiya açsa da, zaqatalalılar az sonra bunun əvəzini çıxa bildirlər. Lakin ikinci hissədə üstünlüyü tamamilə ələ alan AZAL daha bir dəfə rəqibi mərkəzə dəvət etdi. Bu dəfə isə Gvidas Yuska fərqləndi - 2:1.
Beləliklə, hazırlığın birinci mərhələsini yekunlaşdıran AZAL iki günlük aradan sonra məşqləri Antalyada bərpa edəcək.

Daha çox


Son xəbərlər